Home az ru en

Xəbərlər

PROFESSOR – MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİNİN NƏZƏRİNƏ

Tarix: 10/05/2012

BDU-nun  Elmi kitabxanası, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində oxuculara elektron informasiya təminatçısı kimi fəaliyyət göstərir.

Elmi kitabxanada Web konfrans keçirilib

Tarix: 26/04/2012

Bakı Dövlət Universitetinin Elmi kitabxanasında Kitabxanaçılıq-informasiya fakültəsinin iştirakı ilə Xarkov Milli Universitetinin Mərkəzi Elmi Kitabxanası ilə Web konfrans keçirib.

Pakistan nümayəndə heyəti ilə görüş

Tarix: 01/03/2012

Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin Elmi kitabxanasında qonaq olub.

 

BDU-nun Elmi kitabxanasında Rusiya Dövlət Kitabxanasının virtual oxu zalı açılıb

Tarix: 15/02/2012

Bakı Dövlət Universitetinin Elmi kitabxanasında Rusiya Dövlət Kitabxanasının virtual oxu zalı açılıb.

Rusiya virtual oxu zalı

Tarix: 06/02/2012

15 fevral 2012-ci il tarixində saat 11:00-da Bakı Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının Virtual oxu zalının açılışı keçiriləcəkdir.

PROFESSOR-MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİNİN NƏZƏRİNƏ

Tarix: 05/01/2012

BDU-nun Elmi kitabxanasında Rusiya Dövlət Kitabxanasının “Açıq elektron dissertasiya kitabxanası” layihəsi çərçivəsində elektron şəkildə təklif olunmuş dissertasiyalarından istifadə edə bilərsiniz.

Professor Abuzər Xələfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illik yubileyinə həsr olunmuş Elmi konfrans keçirilmişdir.

Tarix: 16/12/2011

 

Elmi kitabxanada 2011-ci il  dekabrın 15-də Əməkdar Elm Xadimi, Əməkdar Mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezident təqaüdçüsü, “Şöhrət Orden”li, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin Prezidenti, kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illik yubileyinə həsr olunmuş Elmi konfrans keçirilmişdir.

Elmi kitabxanada İslam Dünya Elmi İstinad Mərkəzinin (Islamic World Science Citation Center – İSC) Prezidenti professor Cəfər Mehradı ilə görüş keçirildi

Tarix: 23/11/2011

İslam Dünya Elmi İstinad Mərkəzinin (Islamic World Science Citation Center – İSC) Prezidenti, İran İslam Respublikasının Elm və Texnologiya Regional İnformasiya Mərkəzinin rəhbəri, Şiraz Universitetinin sosial elmlər fakültəsinin kitabxana və informasiya elmləri üzrə professoru Cəfər Mehradı ilə Bakı Dövlət Universiteti Elmi kitabxanasının Elmi Şurası üzvlərinin görüşü keçirilmişdir.

Latviya Universitetinin nümayəndələri BDU-nun Elmi kitabxanasının qonağı oldu

Tarix: 04/10/2011

Bakı Dövlət Universitetinin Elmi kitabxanasında “Azərbaycan-Latviya: mədəni-tarixi dialoq” mövzusunda sərgi açılıb.


arxiv