AZƏRBAYCANŞÜNASLIQ VƏ ŞƏRQ ŞÖBƏSİ
Şöbə müdiri: Solmaz S. Hacıyeva
İş telefonu: +(994) 12 439-06-21
Bakı Dövlət Universitetinin Elmi kitabxanasında əsas şöbələrdən biri də zəngin fonda malik olan «Azərbaycanşünaslıq və Şərq» şöbəsidir.
Şöbə universitetin şərq fakültəsinin dekanı prof. P.K.Juzenin təşəbbüsü ilə 1922-ci ildə təşkil edilmiş, 1924-cü ilin may ayından fəaliyyətə başlamışdır.
«Azərbaycanşünaslıq və Şərq» şöbəsi universitet rəhbərliyinin, görkəmli alim və müəllimlərin qayğısı ilə əhatə olunmuş, şərəfli bir yol keçmiş, daim inkişaf edib təkmilləşmiş, qiymətli kitablarla, dövrü mətbuatla, elmi nəşrlər və jurnallarla zənginləşmiş, elm və mədəniyyətimizin qiymətli xəzinəsinə çevrilmişdir.
«Azərbaycanşünaslıq və Şərq» şöbəsinin fondu mütəxəsislər üçün qiymətli və əvəzsiz məxəzlərdən biridir və nadir kitabların sayına görə fəxr eləməli xəzinələrdəndir.
BDU-nun yüksək ixtisaslı kadrhazırlığında, elmin inkişaf vət ərəqqisində əldə olunan uğurlarında Elmi kitabxanasının «Azərbaycanşünaslıq və Şərq» şöbəsinin böyük rolu və xidmətləri vardır.
Şöbədə çox zəngin elmi və tarixi əhəmiyyətə malik Azərbaycanşünaslığa dair kitablar, XIII-XIX əsrlərə aid 94 ədəd əlyazma, nadir nüsxəli ədəbiyyatlar, Şərq xalqlarının qədim və yeni tarixi, mənbəşünaslıq, dilçilik, ədəbiyyatşünaslığa, dinşünaslığa, incəsənətə, dair qiymətli nəşirlər, alim-səyyahların əsərləri ilə yanaşı qərb dillərində «ingilis, alman, fransızvəs.» nadir nüsxəli ədəbiyyatlar da saxlanılır.
Şöbə də şərqşünas alimlərdən Ə.Səmədovun, Rəhim Sultanovun, M.Sultanovun, İsmayıl Şəms və b. şəxsi kitab kolleksiyaları qorunub saxlanılır. Bundan başqaTürkiyə, İran, Misir, Suriya, BƏƏ, Almaniya, İzrail, Çin, Pakistan və b. ölkələrdən mübadilə yolu ilə və səfirliklər tərəfindən bağışladığı xeyli sayda qiymətli kitablar toplanıb.
Şöbədə 400 minəyaxın kitab, humanitar elmləri əhatə edən jurnallar, həmçinin inqilabdan əvvəl nəşr edilən nadir jurnallar kataloqda qeydiyyatdan keçirilib.
