ƏDƏDBİYYATIN ELMİ SİSTEMLƏŞDİRİLMƏSİ VƏ SİSTEMLİ KATALOQ ŞÖBƏSİ
Şöbə müdiri: Əntiqə M. Əsədova
İş telefonu: +(994) 12 439-06-21
Ədəbiyyatın elmi sistemləşdirilməsi və sistemli kataloq şöbəsi Elmi kitabxananın yarandığı illərdə fəaliyyətə başlamışdır.
Şöbəyə kitab işləmə şöbəsindən daxil olan ədəbiyyat bilik sahələri üzrə qruplaşdırılır. Kitabalrın təsnifləşdirilməsində iki təsnifat sistemindən istifadə olunur. Universal Onluq Təsnifatı və Kitabxana Biblioqrafiya təsnifatı.
Sistemli kataloq bütün kitab fondunu özündə əks etdirən aparıcı kataloq hesab olunur. Sistemli kataloq Universitetin tədris prosesinin və elmi-tədqiqat fəaliyyətinin tələblərinə müvafiq olaraq müəyyən olunur. Ədəbiyyatın elmi sistemləşdirilməsi və sistemli kataloq şöbəsi sistemli kataloqun tərtibi ilə məşğul olur.
Sistemli kataloqda 2002-ci ildən azərbaycan dilində latın qrafikalı kataloq yeşikləri yaradılmışdır.
2013-cü ildə latın qrafikalı kataloq yeşiklərinin sayı artıq 10-a çatıb.
Yeni yaranan bəzi elm sahələri UOT və KBT-də öz əksini tapmadığına görə yaranan problemlə əlaqədar respublikanın aparıcı kitabxanaları ilə internet vasitəsi ilə fikir mübadiləsi aparırıq.
Şöbənin əsas vəzifələri:
- Alınan ədəbiyyatı təsnifləşdirmək;
- Oxucu kontingentinin SK-dan mövzu üzrə sorğularına cavab vermək;
- Universitetin oxucu kontingentinə UOT üzrə əlavə məlumat vermək;
- Respublika ali məktəb kitabxanalarına təsnifləşdirmə üzrə metodik köməklik göstərmək
Şöbənin gördüyü işlər:
- Şöbəyə daxil olan kitabları təsnifləşdirmək;
- Sistemli kataloqun tərtibini davam etdirmək;
- Sistemli katloqun elektron variantını yaratmaq.
