ELMİ KİTABXANANIN TARİXİ VƏ FƏALİYYƏTİ
Bakı Dövlət Universitetinin Elmi kitabxanası respublikanın zəngin ali məktəb kitabxanalarından biridır. Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılmış və həmin ildə onun strukturunda önəmli yeri olan kitabxana təşkil olunmuşdur.1919-cu il iyunun 2-də universiteti təşkil edən komissiyanın xahişini nəzərə alaraq, Bakı Şəhər Bələdiyyə İdarəsi Mixaylovski (indiki Əzizbəyov) xəstəxanasının nəzdində olan kitabxananın universitetə verilməsinə razılıq vermişdi. Yenə həmin ildə komissiya Bakı Şəhər Neft Sənayeçiləri Qurultayının Sovetinə müraçiət edərək, Sabunçu xəstəxanasının kitabxanasını universitetə verilməsini xahiş etmişdir. Bu kitabxana 1920-ci ildə universitetə verilmişdir. Bundan əlavə, o dövrün pulu ilə 120 min manatlıq kitab alınmışdır.
1920-ci ilin yayında kitabxanada fondu 212 nüsxə ədəbiyyatdan ibarət tibb şöbəsi təşkil edildi.
1920-1922-ci illərdə Xalq Komissarları Sovetinin göstərişi ilə ayrı-ayrı idarə və müəssisələrdən, təşkilatlardan kitabxanaya çox sayda ədəbiyyat verildi. Bu kitablar içərisində ordunun Siyasi İdarəsindən verilən ədəbiyyat qeyd edilməlidir. Universitetin Elmi Soveti 1922-ci ildə professorlardan F.N.İlini və P.Y.Rostovtsevi kitab almaq üçün Leninqrada ezam edir, onlar tərəfindən, pulsuz olaraq, 200 puddan artıq qiymətli elmi ədəbiyyat, o çümlədən Elmlər Akademiyasının bütün nəşrləri alınıb gətirilir.
Şərq fakültəsinin dekanı prof.R.K.Juzenin təşəbbüsü ilə kitabxanada Şərq şöbəsini yaratmaq üçün 1922-ci ildə Xalq Komissarları Soveti 7 min rubl (qızıl) pul məbləğində vəsait ayırdı; bu vəsaitlə1924-cü ildə Konstantinopoldan (indiki İstambul) 2000 nüsxədən artıq kitab alındı. Şərq şöbəsi 1924-cü ilin may ayında fəaliyyətə başladı.
Kitabxananın fondu 1924-cü ilin yayında zənginləşərək, 24.713 nüsxə olmuşdur.
1928-1929-cu illərdə keçmiş Bakı Fransa Cəmiyyətinin 1000 nüsxəyə yaxın kitabdan ibarət fondu universitet kitabxanasına daxil olunmuşdur. Bundan əlavə, Maarif İşçiləri Evi kitabxanasından 2000 cilddən ibarət rus jurnalları komplekti də kitabxanaya verildi. Həmin illərdə professorlardan B.Çobanzadə, P.X.Juze, Mudrov, D.Çəfərov, Tumbel, Rusanova və başqaları şəxsi kitablarını kitabxananın fonduna hədiyyəetmişlər.
1919-1929-cu illərdə universitetin kitabxanasını təşkil etmək üçün toplanılan ədəbiyyat kitabxananın fəxri fondu sayılan«Qızıl Fond»a daxildir. Bu fondda nadir, qədim kitablar, o cümlədən XVI–XVIII əsrlərə aid nadir nüsxələr, həmçinin XIV-XVIII əsrlərə aid əlyazmalar toplanmışdır. Ən qədim əlyazması 1308-ci ilə aiddir. Fondda görkəmli yazıçıların, içtimai xadimlərin, alimlərin sağlığında nəşr olunmuş əsərləri də vardır.
Elmi kitabxana öz fəaliyyətini Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” (1999-cu il) qanunundan irəli gələn vəzifələrə, universitet nizamnaməsinə, universitet rəhbərliyinin əmr və göstərişlərinə uyğun şəkildə qurur. Elmi kitabxana BDU-nun dörd tədris korpusunda yerləşir. Fondunun zənginliyinə görə Azərbaycan MilliKitabxanası səviyyəsində olan Elmi kitabxana fondundan universitetin 20 minə yaxın oxucu kontingentindən əlavə, Azərbaycan Respublikasınınmüxtəlif universitet və elmi müəssisələrinin alim və mütəxəssisləri də istifadə edir. Onların istifadəsinə elmi, tədris və bədii ədəbiyyatdan ibarət 5 abonement, 985 oturaq yeri olan14 qiraət zalı və 30 kafedra kitabxanası verilmişdir. Kitabxananın əsas vəzifəsi oxuculara çap məhsulları ilə xidmət işini təşkil etmək, onları ölkəmizdə - cəmiyyətdə və dövlətimizin həyatında baş verən yeniliklərlə, həmçinin beynəlxalq aləmdə baş verən hadisələr və dəyişikliklərlə tanış etmək və məlumatlandırmaqdan ibarətdir. Elmi kitabxana zənginfonda malikdir. Fondda Azərbaycan, rus, Şərq və Avropa dillərində 2 milyon yarım nüsxədən artıq çap məhsulu saxlanılır.
Elmi kitabxana fondunun zənginliyinə, biblioqrafiya və informasiya işinin nümunəvi təşkilinə, oxuculara yüksək xidmət mədəniyyətinə, yüksək ixtisaslı kadrlarına görə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin 1971-ci il 7 may tarixli 131 saylı əmrinə əsasən, ali və orta ixtisas məktəb kitabxanalarının Metodiki Mərkəzidir.
Kitabxana universitet alimlərinin əsərlərindən ibarət onlarla biblioqrafik göstərici çap etdirmişdir.
Elmi kitabxanada «S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin dövri və nəşri davam edən əsərləri (1921-1962)» (1964), «Nauka v Azerbaydjanskom Qosudarstvennom Universitete im.S.M.Kirova» (1979), üçcildlik «Universitet alimlərinin elmi əsərləri (1969-1978)» (1982), «F.M.Bağırzadə» (1986), «Bakı Dövlə tUniversitet iElm ikitabxanasının bələdçisi» (2008) və başqa çap məhsulları işıq üzü görmüş, «BakıDövlətUniversitetində 1938 - 2008 - ci illərdə müdafiə olunmuş dissertasiyaların biblioqrafik göstəricisi» çapa hazırlanmışdır. Bundanbaşqa, kitabxana əməkdaşlarının yüzlərlə məqalə və elmi tədqiqatları elmi toplularda və dövri mətbuatda özəksini tapmışdır.
1974-cüildənuniversitetinkitabxanasınaElmikitabxanastatusuverilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1999-cu il 171 saylı əmrinə əsasən, tarix elmləri doktoru, professor A.Xələfovun rəhbərliyi ilə “Kitabxananın kompüterləşdirilməsi” Elmi Tədqiqat Laboratoriyası 2000-ci ildən fəaliyyətə başladı. Laboratoriyanın əsas məqsədi universitet kitabxanasının informasiya fəaliyyətinə müxtəlif kitabxana prosesi səviyyələrində yeni texnologiyaların daxil olması ilə əlaqədar nəzəri və təşkilati məsələləri təkmilləşdirməkdir.
2001-ci ildən, respublika ali məktəb kitabxanaları arasında ilk dəfə olaraq, BDU-nun Elmi kitabxanasında elektron kataloqun (EK) yaradılmasına başlanmışdır. Kitabxananın Azərbaycan dilində olan fondu tam elektron kataloqa daxil edilmişdir və bu proses hal-hazırda davam etdirilir.
Kitabxanada Azəbaycan, rus və xarici dillərdə olan dövri nəşrlər, dissertasiya və nadir kitablar da elektron kataloqa daxil edilmişdir. Bu prosses İRBİS proqramı əsasında həyata keçirilir. Elektron kataloq beynəlxalq kompüter şəbəkəsi vasitəsi ilə oxuculara dünyanın istənilən nöqtəsində xidmət göstərməyə imkan verir.
Hal-hazırda Elmi kitabxanada tammətnli elektron kitabxana yaradılır.
2002-ci ildən Elmi kitabxananın bdu.az saytısərbəst fəaliyyət göstərir. İstifadəçilər bu sayta daxil olmaqla, kitabxana haqqında məlumat ala bilər və eyni zamanda, elektron kataloq vasitəsilə On-line rejimində daha operativ axtarış apara bilərlər.
Son 10 illikdə Elmi kitabxananın qiraət zalları müasir standartlara uygun əsaslı təmir edilmiş, yeni, rahat mebel avadanlıqları, kompüter texnologiyaları alınmışdır.
Azərbaycan Respublikasının 1999-cu il 12 mart tarixli “Kitabxana işi haqqında” Qanununun
15-ci maddəsinə əsasən, BDU-nun Elmi kitabxanası poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından 2 pulsuz, məcburi nüsxə alır.
Elmi kitabxananın fondu aşağıdakı mənbələrdən komplektləşdirilir:
Elmi kitabxana həm respublika ali məktəb kitabxanaları ilə, həm də 21 ölkənin 49 universitetivə beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır.
Amerika Kitabxana Assosiasiyası, Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyası və universitetin Elmi kitabxanası ilə birgə işlənilən layihə çərçivəsində «Hinari» verilənlər bazasında olan elektron jurnallardan oxucuların istifadəsi mümkünolmuşdur. Kitabxanaya «Ariel» proqramına əsasən, universitetin profilinə uyğun çox sayda çap məhsulu alınmışdır.
Azərbaycanda elmi məlumatın İnternet vasitəsi ilə əldə olunması üçün aşağıda adları çəkilən məlumat bazaları mövcuddur. Bu məlumat bazalarından ancaq EBSCO Host ödənişlidir, ödənişsiz digər məlumat bazalarında olan informasiyadan isə bütövlükdə deyil, qismən istifadə etmək mümkündür.
- EBSCO Host (10 məlumat mənbəyi olan, 9000-dən artıq ictimai, humanitar, təhsil, compüter, mühəndislik, fizika, kimya, mədəniyyət, dilçilik və sair sahələri əhatə edən elmi jurnallara çıxış)
- İOP Publishing
- Cambridge journals
- American Psychological Association
- ProQuest
- Muse
- Wolters Kluwer
- Willey-Blackwell
- Oxford Reference Online
Açıq Cəmiyyətİnstitutu Yardım Fondunun dəstəyi ilə 2003-cü ilin dekabrında Bakı Dövlət Universitetinin Elmi kitabxanasının nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu yaradıldı (Az.KİK). Az.KİKBeynəlxalq eifl.net Konsorsiumununüzvüdür.
Hal-hazırda Elmi kitabxananın fondu əsasənelektron kataloqa daxil edilmişdir. Bu iş İRBİS-64 avtomatlaşdırılmış kitabxana-informasiya sistemi ilə həyata keçirilir.
Universitetin Elmi kitabxanasımüdiriyyətin məqsədyönlü rəhbərliyi, həmişə axtarışda olanalimlərinin,ali təhsilli mütəxəssislərinin böyük rüh yüksəkliyi ilə çalışması və universitet rəhbərliyinin sonsuz qayğısı sayəsində 90 il ərzində zəngin ali məktəb kitabxanalırından birinə çevrilmişdir.
Universitetin Elmi kitabxanası tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzidir.
Elmi kitabxananın fəaliyyəti dəfələrlə mükafatlarla: «Diplom»larla, «Fəxri fərman»larla və medallarla qiymətləndirilmişdir. Kitabxananınbir qrup əməkdaşı müxtəlif illərdə orden və medallarla təltif olunmuş, “Azərbaycan SSR-in Əməkdar Kitabxanaçısı”, “Azərbaycan SSR-in Əməkdar Mədəniyyət Xadimi”, “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına layiq görülmüşlər.
Azərbaycanın al iməktəb kitabxanalarının Metodik Mərkəz iolan BDU-nun Elmi kitabxanası hal-hazırda Respublika Mərkəzi Metodiki Kitabxana Komissiyasının, Azərbaycanın Kitabxana İşinin İnkişafı Assosiasiyasının, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin və Avroasiya Kitabxanaşünaslıq Assambleyasının üzvüdür.
Bakı Dövlət Universitetinin müasir Elmi kitabxanası şəxsiyyətin formalaşması üçün mədəniyyət fenomenidir. O, yaradılan mədəni sərvətləri və informasiya resurslarını toplayır və qoruyur, eyni zamanda onların istifadəsini və yayımlanmasını təmin edir.
