Home az ru en

ELMİ-BİBLİOQRAFİYA VƏ İNFORMASİYA ŞÖBƏSİ

Şöbə müdiri: Zülfünaz M. Həsənova

İş telefonu: +(994) 12 439-06-21

Elmi-biblioqrafiya və informasiya şöbəsi 1943-cü ildə yaranıb. Yaranan gündən “Məqalələrin sistemli kartotekası”(MSK) və “Ölkəşünaslıq” kartotekalarını tərtib edir. 2004-cü ildən kartotekaların Azərbaycan və rus dillərində elektron variantı yaradılıb. Şöbə kitabxananın fondu haqqında qısa müddət ərzində tam məlumat verməklə oxuculara xidmət mədəniyyətini yüksəltmək imkanına malikdir.

Şöbə universitetin tədris prossesinin Boloniya təhsil sisteminə keçməsi ilə əlaqədar bu mövzuda materialların toplanıb, məlumat bazasına daxil edilməsinə, iqtisadi və siyasi islahatların həyata keçirilməsinə kömək məqsədilə “Soraq Məlumat Fondu”nun sahəvi ensiklopediya və məlumat kitabları ilə müntəzəm olaraq, təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Şöbə elmi - biblioqrafiya sahəsində də fəaliyyətini davam etdirir, indiyə qədər universitet alimlərinin əsərlərindən ibarətbir neçə ümumi və şəxsi göstəricilər tərtib edərək çap etdirmişdir.

Şöbənin işçiləri  2013-cü ildə Azərbaycan haqqında həqiqətləri təbliğ etmək məqsədi ilə Azərbaycanın dünyada müstəqil siyasət yeritməsini, iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmasını, beynəlxalq görüşlərin keçirildiyi məkana çevrilməsini, dünyanın enerji təminatında böyük əhəmiyyətə malik neft və qaz müqavilələrinin imzalanmasını, elm, mədəniyyət, idman və turizm sahəsində əldə etdiyi naliyyətlərin geniş təbliğinə böyük diqqət yetirir.

Şöbənin quruluşu:

  • Soraq - biblioqrafiya və informasiya bölməsi;
  • Ali məktəb problemləri bölməsi;
  • Kitabxana - biblioqrafiya biliklərinin təbliği bölməsi;

Şöbənin gördüyü işlər:

  • Soraq məlumatfondunu təkmilləşdirmək;
  • MSK-nın tərtibinin davam etdirmək;
  • Ökəşünaslıq kartotekasının tərtibini davam etdirmək;
  • Kartotekaların elektron variantını yaratmaq;

Şöbənin əsas vəzifələri:

  • Soraq - biblioqrafiya və məlumat xidməti;
  • Rəhbər işçilərə xidmət;
  • Kitabxana - biblioqrafiya biliklərini yaymaq;
  • Respublika ali məktəb kitabxanalarının biblioqrafiya şöbələrinə metodiki köməklik göstərmək;
  • Bütün kateqoriyalardan olan oxucu kontingentlərinə bütün elm sahələri üzrə məlumat xidməti göstərmək;
  • Elekton məlumat bazasını yeni informasiyalarla tamamlamaq.
Bookmark and Share