KİTABİŞLƏMƏ VƏ KATALOQLAŞDIRMA ŞÖBƏSİ
Şöbəmüdiri: Zamanova Q. Xuraman
İş telefonu: +(994) 12 439-06-21
Kataloqlaşdırma və kitab işləmə şöbəsi kitabxanaya daxil olan bütün ədəbiyyatı komplektləşmə şöbəsindən alır. Bunlar Azərbaycan və rus dillərində olan dərsliklər, elmi əsərlər, bədii ədəbiyyat, dissertasiyalardır. Şöbəyə daxil olan ədəbiyyat təsvir olunur və texniki cəhətdən işlənilir. İşlənilmiş bütün ədəbiyyat həm elektron, həm də ənənəvi alifba kataloquna daxil edilir.
2000-ci ildən başlayaraq universitet alimlərinin əsərləri üçün ayrıca kataloq tərtib olunur.
Şöbə 2002-cü ildən başlayaraq alınan kitabları elektron kataloqa salır.
Oxuculara nümunəvi xidmət etmək üçün əlifba kataloqu redakdə olunur, ayrıclar yeniləri ilə əvəz edilir .
Şöbədə bir bölmə var: kitabların təsviri,kartoçkaların redaksıyası və düzülməsi
Şöbədə görülən işlər:
yeni kitabların qəbulu və təsviri, şifrə, formulyar və yarlıkların yazılması
kitabların elektron kataloqa salınması
kitabların və kartoçkaların redakdə olunması
kartoçkaların əlifba kataloquna düzülməsi
kitabların şöbələrə bölünüb nəzarət vərəqəsi əsasında fonda verilməsi
köhnəlmiş və istifadəyə yarasız kitabların inventar nömrələrinin kartoçkaların arxasından silinməsi
2004-cü ildən başlayaraq yeni İRBİS-64 proqramı ilə işləyirik. Bu proqramla kitablar haqqında məlumat elektron kataloqa daha geniş formada salınır.
2013-cü ildə latın qrafikalı kataloq yeşiklərinin sayı artıq 20-yə çatıb.
