KİTABXANA BU GÜN
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1999-cu il 171 saylı əmrinə əsasən, tarix elmləri doktoru, professor A.Xələfovun rəhbərliyi ilə “Kitabxananın kompüterləşdirilməsi” Elmi Tədqiqat Laboratoriyası 2000-ci ildən fəaliyyətə başladı. Laboratoriyanın əsas məqsədi universitet kitabxanasının informasiya fəaliyyətinə müxtəlif kitabxana prosesi səviyyələrində yeni texnologiyaların daxil olması ilə əlaqədar nəzəri və təşkilati məsələləri təkmilləşdirməkdir.
2001-ci ildən, respublika ali məktəb kitabxanaları arasında ilk dəfə olaraq, BDU-nun Elmi kitabxanasında elektron kataloqun (EK) yaradılmasına başlanmışdır. Kitabxananın Azərbaycan dilində olan fondu tam elektron kataloqa daxil edilmişdir və bu proses hal-hazırda davam etdirilir.
Kitabxanada Azəbaycan, rus və xarici dillərdə olan dövri nəşrlər, dissertasiya və nadir kitablar da elektron kataloqa daxil edilmişdir. Bu prosses İRBİS proqramı əsasında həyata keçirilir. Elektron kataloq beynəlxalq kompüter şəbəkəsi vasitəsi ilə oxuculara dünyanın istənilən nöqtəsində xidmət göstərməyə imkan verir.
Hal-hazırda Elmi kitabxanada tammətnli elektron kitabxana yaradılır.
2002-ci ildən Elmi kitabxananın bdu.az saytısərbəst fəaliyyət göstərir. İstifadəçilər bu sayta daxil olmaqla, kitabxana haqqında məlumat ala bilər və eyni zamanda, elektron kataloq vasitəsilə On-line rejimində daha operativ axtarış apara bilərlər.
Son 10 illikdə Elmi kitabxananın qiraət zalları müasir standartlara uygun əsaslı təmir edilmiş, yeni, rahat mebel avadanlıqları, kompüter texnologiyaları alınmışdır.
Azərbaycan Respublikasının 1999-cu il 12 mart tarixli “Kitabxana işi haqqında” Qanununun 15-ci maddəsinə əsasən, BDU-nun Elmi kitabxanası poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından 2 pulsuz, məcburi nüsxə alır.
Elmi kitabxananın fondu aşağıdakı mənbələrdən komplektləşdirilir:
Elmi kitabxana həm respublika ali məktəb kitabxanaları ilə, həm də 21 ölkənin 49 universitetivə beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır.
Amerika Kitabxana Assosiasiyası, Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyası və universitetin Elmi kitabxanası iləbirgə işlənilən layihə çərçivəsində «Hinari» verilənlər bazasında olan elektron jurnallardan oxucuların istifadəsi mümkün olmuşdur. Kitabxanaya «Ariel» proqramına əsasən, universitetin profilinə uyğun çox sayda çap məhsulu alınmışdır.
Azərbaycanda elmi məlumatın İnternet vasitəsi ilə əldə olunması üçün aşağıda adları çəkilən məlumat bazaları mövcuddur. Bu məlumat bazalarından ancaq EBSCO Host ödənişlidir, ödənişsiz digər məlumat bazalarında olan informasiyadan isə bütövlükdə deyil, qismən istifadə etmək mümkündür.
- EBSCO Host (10 məlumat mənbəyi olan, 9000-dən artıq ictimai, humanitar, təhsil, compüter, mühəndislik, fizika, kimya, mədəniyyət, dilçilik və sair sahələri əhatə edən elmi jurnallara çıxış)
- İOP Publishing
- Cambridge journals
- American Psychological Association
- ProQuest
- Muse
- Wolters Kluwer
- Willey-Blackwell
- Oxford Reference Online
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə 2003-cü ilin dekabrında Bakı Dövlət Universitetinin Elmi kitabxanasının nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu yaradıldı (Az.KİK). Az.KİK Beynəlxalq eifl.net Konsorsiumunun üzvüdür.
Hal-hazırda Elmi kitabxananın fondu əsasən elektron kataloqa daxil edilmişdir. Bu iş İRBİS-64 avtomatlaşdırılmış kitabxana-informasiya sistemi ilə həyata keçirilir.
Universitetin Elmi kitabxanası müdiriyyətin məqsədyönlü rəhbərliyi, həmişə axtarışda olan alimlərinin, ali təhsilli mütəxəssislərinin böyük rüh yüksəkliyi ilə çalışması və universitet rəhbərliyinin sonsuz qayğısı sayəsində 90 il ərzində zəngin ali məktəb kitabxanalırından birinə çevrilmişdir.
Universitetin Elmi kitabxanası tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzidir.
Elmi kitabxananın fəaliyyəti dəfələrlə mükafatlarla: «Diplom»larla, «Fəxri fərman»larla və medallarla qiymətləndirilmişdir. Kitabxananınbir qrup əməkdaşı müxtəlif illərdə orden və medallarla təltif olunmuş, “Azərbaycan SSR-in Əməkdar Kitabxanaçısı”, “Azərbaycan SSR-in Əməkdar Mədəniyyət Xadimi”, “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına layiq görülmüşlər.
Azərbaycanın ali məktəb kitabxanalarının Metodik Mərkəzi olan BDU-nun Elmikitabxanası hal-hazırda Respublika Mərkəzi Metodiki Kitabxana Komissiyasının, Azərbaycanın Kitabxana İşinin İnkişafı Assosiasiyasının, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin və Avroasiya Kitabxanaşünaslıq Assambleyasının üzvüdür.
Bakı Dövlət Universitetinin müasir Elmi kitabxanası şəxsiyyətin formalaşması üçün mədəniyyət fenomenidir. O, yaradılan mədəni sərvətləri və informasiya resurslarını toplayır və qoruyur, eyni zamanda onların istifadəsini və yayımlanmasını təmin edir.
