Nigar N.İsmayılova
BDU-nun Elmi kitabxanasında, Direktor
İş telefonu: +(994) 12 539-06-21
Kitabxanaşünaslıq kafedrasında dosent əvəzi
İş telefonu: 539-03-66
E-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
- 23.07.1978-ci ildə Bakı şəhərində anadan olub. Evlidir, bir övladı var.
- 1985-1995-ci illərdə Bakı şəhəri Yasamal rayonu 52 saylı orta məktəbdə təhsil alıb.
- 1995-1999-cu illərdə Bakı Dövlət Universiteti Kitabxanaçılıq fakültəsinin bakalavr pilləsində təhsil alıb.
- 1999-2001-ci illərdə Bakı Dövlət Universiteti Kitabxanaçılıq fakültəsinin magistratura pilləsində təhsil alıb.
- 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun İnformatika və Riyaziyyat ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirib.
- 2002-ci ildə Bakı Dövlət Universiteti Kitabxanaçılıq fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dissertantı olub (elmi rəhbər: tarix elmləri doktoru, professor A.A.Xələfov).
- 26 may 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 04 aprel 2016-cı il tarixli 80 saylı əmrinə əsasən BDU-da yaradılmış Birdəfəlik Dissertasiya Şurasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Kitabxana işinin kompüterləşdirilməsinin tarixi və müasir problemləri» mövzusunda dissertasiya işini müdafiə edib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
ƏMƏK FƏALİYYƏTİ
- 2000-2007-ci illərdə BDU-nun "Kitabxana proseslərinin kompüterləşdirilməsi" Elmi Tədqiqat Laboratoriyasında elmi işçi.
- 27.12.2007-ci ildə Kitabxanaşünaslıq kafedrasında müəllim.
- 28.11.2008-ci ildən Beynəlxalq elm və təhsilə inteqrasiya şobəsinın fakültə üzrə nümayəndəsi (BDU rektorunun 28.11.2008 tarixli R-74 saylı əmrinə uyğun olaraq yaradılmış BETİ).
- 02.03.2012-ci ildən Kitabxanaçılıq-İnformasiya Fakültəsi Həmkarlar təşkilatının sədri.
- 25.05.2012-ci ildən Kitabxanaşünaslıq kafedrasında baş müəllim.
- 2012-ci ildən Kitabxanaçılıq-İnformasiya fakültəsi Elmi Şurasının üzvü.
- 07.09.2014-cü ildən "Kitabxana proseslərinin kompüterləşdirilməsi" ETL-də daxili əvəzçiliklə 0,5 ştat elmi işçi.
- 11.06.2018-ci ildən Kitabxanaşünaslıq kafedrasında dosent əvəzi.
Mükаfаtlаr:
- 2001 - Yüksək təhsil göstəricilərinə və ictimai fəallığına görə BDU rektorunun fəxri fərmanı.
- 2011 - Gənc nəslin yetişdirilməsindəki xidmətlərinə görə və 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə BDU rektorunun fəxri fərmanı.
- 2012 - Gənc nəslin yetişdirilməsindəki xidmətlərinə görə və 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə BDU rektorunun fəxri fərmanı.
- 2012 - Elmin, təhsilin inkişafındakı roluna görə və Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 50 illik yubileyi münasibətilə BDU rektorunun fəxri fərmanı
- 2014 - 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə əmək fəaliyyətləri ilə fərqlənən qadın işçilərə Rektorluq adından təşəkkür elanı (2/97, 18.03.2014).
- 2014 – “Birleşen Yürekler Derneği” İctimai Birliyinin medalı.
- 2014 - Gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri, ictimai fəaliyyəti və BDU-nun 95 illik yubileyi münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı (17/8, 16.12.2014).
- 2017 - BDU-da səmərəli fəaliyyətinə və yüksək peşəkarlığına, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı roluna və 2016/2017-ci tədris ilinin nəticələrinə görə BDU rektorunun fəxri fərmanı.
- 2018 - Universitetin və fakültənin ictimai həyatındakı fəal mövqeyinə, həmkarlar təşkilatının işində, gənc nəslin yetişdirilməsindəki xidmətlərinə görə və anadan olmasının 40 illik yubileyi münasibətilə BDU-nun Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı.
TƏDQİQAT SAHƏSİ
- Kitabxana proseslərinin kompüterləşdirilməsi tarixi və müasir problemləri.
- Kitabxana informatikası.
- Avtomatlaşdırılmış Kitabxana İnformasiya İdarəetmə Sistemləri.
SEÇİLMİŞ ƏSƏRLƏRİ Kitablar
- Musayeva N.N., Xəlilov M.S., Qurbanov A.İ. Kitabxana informatikası: dərs vəsaiti, I cild / elmi red. İ.Ə.Qurbanov / - Bakı, Odlar Yurdu, 2001, 246 s., şəkilli, 500 nüsxə.
- Musayeva N.N., Xəlilov M.S., Quliyeva A.G. Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri (metodik vəsait) / elmi red. İ.A.Qurbanov, R.Ə.Kazımov / Bakı, Odlar Yurdu, 2001, 81 s., şəkilli
- Musayeva N.N., Xəlilov M.S., Qurbanov A.İ. Kitabxana informatikası: dərs vəsaiti, II cild / elmi red. İ.Ə.Qurbanov / Bakı, Odlar Yurdu, 2002, 164 s., şəkilli, 500 nüsxə.
- İsmayılova N.N., Qurbanov A.İ., Kazımi P.F.Kitabxana-informasiya fəaliyyətinin iqtisadiyyatı: Dərs vəsaiti. – Bakı: Mütərcim, 2012, 310 s.
Məqalə və tezislər
- Musayeva N.N. Bakı şəhər Mərkəzi Kitabxanasında metodiki işin təşkili: Tezis //
Ali məktəb tələbələrinin respublika elmi konfransının materialı. - Bakı, 2000, səh. 261-262. - Musayeva N.N. Elektron ehtiyatların biblioqrafik təsviri: Tezis // "İnformasiya texnologiyası və tətbiqi proqramlar'' mövzusunda aspirant və tələbələr üçün respublika elmi konfransının materialları. - Bakı, 2000, səh. 6-8.
- Musayeva N.N. Kitabxana proseslərinin kompüterləşdirilməsinin müasir elmi və perspektiv istiqamətləri // "Kitabxanaşünaslıq və biblioqrafiya" jurnalı, Bakı: BDU, 2000, №2, səh. 90-93.
- Мусаева Н.Н. Основные направления компьютеризации в вузовских библиотеках Азербайджана // Библиотечное дело - 2001: Российские библиотеки в мировом информационном и интеллектуальном пространстве: Тезисы докладов, Шестая международная научная конференция. (Москва, 26-27 апрель, 2001) Часть 2., М., 2001, стр. 272
- Musayeva N.N., Xələfov A.A. Avtomatlaşdırılmış kitabxana informasiya idarəetmə sistemləri: Elmi məqalə // Bakı Universitetinin Xəbərləri (Humanitar elmlər seriyası). Bakı: Bakı Universiteti nəşriyyatı, 2002, № 2, səh. 243-250.
- İsmayılova N.N. Baharın 75-ci anı: (Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor A.A.Xələfovun 75 illik yubileyi) // Müdriklik və alimlik zirvəsində (Məqalələr məcmuəsi). Bakı, 2006, səh. 152-153.
- İsmayılova N.N. Kommunikativ formatlar // "Ali məktəb kitabxanalarının kompüterləşdirilməsinin müasir problemləri" mövzusunda elmi-praktiki konfransın materialları. Bakı, 29 aprel 2006.
- İsmayılova N.N. Formatlar, onların tarixi və quruluşu: Elmi məqalə. Bakı Universitetinin Xəbərləri (Humanitar elmlər seriyası). Bakı: Bakı Universiteti nəşriyyatı, 2008, № 4. səh. 231-237.
- İsmayılova N.N. Elektron kitabxanaların sosial əhəmiyyəti: Tezis (Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. Humanitar elmlər). Bakı, 2009, səh. 486.
- İsmayılova N.N. Əcnəbi müəlliflər elektron kitabxanalar haqqında: Elmi məqalə // "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnal. Bakı: BDU, 2010, №1, səh. 101-107.
- İsmayılova N.N. Kitabxana proseslərinin kompüterləşdirilməsinin prioritet istiqamətləri: Elmi məqalə // "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnal, Bakı: BDU, 2010, № 3, səh. 76-82.
- İsmayılova N.N. Müasir dövrdə kitabxana işinin yeni formaları: Tezis (“Müasir informasiya məkanı və kitabxanalar” Ümumrespublika elmi-praktiki konfransı). Bakı, 2010, səh. 57-59.
- İsmayılova N.N. Ali məktəb kitabxanalarının kompüterləşdirilməsinin prioritet istiqamətləri: Tezis // Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının materialları. Bakı, 2010, səh. 20.
- İsmayılova N.N. Ön söz / A.İ.Qurbanov, E.M.Məmmədov, A.S.Hüseynova. Kompüter texnikası və proqramlaşdırma (Dərs vəsaiti). Bakı: Təhsil NPM, 2010, səh. 3-4.
- İsmayılova N.N. "Kitabxanaşünaslıq və informasiya jurnalı" elmi fikrin yeni nailiyyətidir // "Azərbaycan" qəzeti, 18 dekabr 2010, səh. 6.
- İsmayılova N.N. İnformasiya cəmiyyəti və kitabxana işinin yeni formaları. Tezis: “Müasir informasiya məkanı və kitabxanalar” mövzusunda Ümumrespublika elmi-praktiki konfransının materialları (Bakı, 5 may 2010). Bakı: AMEA MEK-in nəşri, 2011, səh. 203-208.
- İsmayılova N.N. 80 yaşlı yenilikçi alim (Prof. A.Xələfov-80): Elmi məqalə // "Kitаbxanaşünаslıq və informasiya" elmi-nəzəri və praktiki jurnal (Xüsusi nömrə), 2011, № 3 (6), səh. 105-107.
- İsmayılova N.N. Azərbaycanda kitabxanaların kompüterləşdirilməsinin tarixi və müasir problemləri: Elmi məqalə // "Kitаbxanaşünаslıq və informasiya" elmi-nəzəri və praktiki jurnal, 2012, №1 (7), səh. 112-122.
- İsmayılova N.N. Kitabxanaların kompüterləşdirilməsinin əsasları (Proqram). Bakı: Bakı Universiteti Nəşriyyatı, 2012, 17 səh.
- İsmayılova N.N. Elektron kitabxanalar (Proqram). Bakı: Bakı Universiteti Nəşriyyatı, 2012, 17 səh.
- İsmayılova N.N. Beynəlxalq virtual avtoritet fayl konsepsiyası: Tezis // “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri” gənc tədqiqatçıların respublika elmi konfransının materialları. Bakı, 2012, səh. 7-9.
- İsmayılova N.N. Prof. A.A.Xələfovun tədqiqatlarında kitabxanaşünaslığın müasir problemləri: Tezis // “İnformasiya cəmiyyəti və kitabxana-informasiya fəaliyyəti” adlı respublika elmi konfransının materialları. Bakı, 20 dekabr 2012, səh. 100-102.
- İsmayılova N.N. Kitabxanaçılıqda yeni mərhələ // "Mədəniyyət" qəzeti, 8 fevral 2013, səh. 11.
- İsmayılova N.N. Elektron kitabxanalar cəmiyyətin formalaşmasının əsas amilidir: Elmi məqalə // "Kitаbxanaşünаslıq və informasiya" elmi-nəzəri və praktiki jurnal, 2013, № 1 (10), səh. 80-87.
- İsmayılova N.N., Qasımzadə G.Z. Multimedia texnologiyaları: tətbiq sahələri və tədris prosesində onlardan istifadə: Elmi məqalə // "Kitаbxanaşünаslıq və informasiya" elmi-nəzəri və praktiki jurnal, 2013, № 2 (11), səh. 110-118.
- İsmayılova N.N. Elektron kitabxanaların yaradılması texnologiyaları: Elmi məqalə // "Kitаbxanaşünаslıq və informasiya" elmi-nəzəri və praktiki jurnal, 2013, № 3 (12), səh. 112-122.
- İsmayılova N.N. Təhsildə informasiya və multimedia texnologiyaları: Tezis // “Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” adlı respublika elmi konfransı, 2 may 2013, səh. 43-45.
- Исмаилова Н.Н., Халафова С.А. Проблемы компьютеризации aзербайджанских библиотек в переходном периоде // “Гилея” научный вестник (Киев), 2013, выпуск № 8 (78), стр. 151-152.
- Исмаилова Н.Н., Курбанов А.И., Кязими П. Оценка информации в библиотечно-информационном деле // "Вектор науки" Тольяттинского Государственного Университета, 2013, № 1 (№ 12), стр. 58-61.
- İsmayılova N.N. Azlibnet - Azərbaycan kitabxanalarının kooperasiyasının yeni mərhələsi kimi // "Kitabxana.az" müstəqil elmi, metodiki və praktik jurnal, 2013, № 1-2, səh. 2-5.
- İsmayılova N.N. Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində kitabxana-informasiya işinin təşkili (Proqram). Bakı: Bakı Universiteti Nəşriyyatı, 2014, 19 səh.
- İsmayılova N.N. Cəmiyyətin informasiyalaşdırılmasında elektron kitabxanaların rolu və vəzifələri: Elmi məqalə // "Kitаbxanaşünаslıq və informasiya" elmi-nəzəri və praktiki jurnal, 2014, № 3 (15), səh. 88-92.
- İsmayılova N.N. İnformasiya cəmiyyəti şəraitində kitabxanaların informasiyalaşdırılması // "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnal, 2015, № 3 (18), səh. 44-56.
- İsmayılova N.N. Dünya kitabxanalarının avtomatlaşdırılması mərhələləri // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş “Müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin və kitabşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransının materialları. Bakı, 7 may 2015, səh. 24-26.
- İsmayılova N.N. Azərbaycan kitabxanalarının avtomatlaşdırılması mərhələləri // "Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya" mövzusunda beynəlxalq elmi konfransının materialları. Bakı, 28 dekabr 2015, səh. 12-16.
- İsmayılova N.N. Kitabxanaşünaslığın elmi-nəzəri problemləri prof. A.A.Xələfovun tədqiqatlarında // Məqalələr toplusu (Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin banisi A.Xələfov-85), Bakı, 2016, səh. 204-217.
- İsmayilova N.N. Creation of Electronic Catalogue and Resources in Azerbaijani Libraries (with S.Khalafova) // Bulletin of the Georgian National Academy of Sciences (indexed in SCOPUS), vol. 10, № 1, 2016, p. 118-124.
- İsmayılova N.N. XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan kitabxanalarının kompüterləşdirilməsi mərhələləri // "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnal, 2016, № 2-3 (20-21), səh. 81-94.
- İsmayılova N.N. RFİD texnologiyasının kitabxana işində tətbiqi // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda respublika elmi konfransının materialları. Bakı, 10 may 2017, səh. 10-12.
- İsmayılova N.N. Kitabxana xidmətlərinin müasir informasiya mühitinə adaptasiyası üsulları // Kitabxana-informasiya fəaliyyəti və biliklər cəmiyyəti: inteqrasiya meylləri və çağırışlar” mövzusunda respublika elmi konfransının materialları. Bakı, 20 dekabr 2017, səh. 13-15.
- İsmayilova N.N. Library catalogs: existence and evolution forms (with S.Khalafova) // "Актуальные проблемы философии и социологии" науч.-практ. журнал, Одесса, 2017, вып. № 20, стр. 148-151.
- İsmayılova N.N. Kitabxanalarda informasiya kommunikasiya texnologiyaları vasitəsilə oxuculara xidmətin təşkili // "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnal, 2017, № 3 (24), s. 83-90.
- İsmayılova N.N. Elektron kitabxanaların yeni tipi olan "İnternet archive"lər // "Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda beynəlxalq elmi konfransın materialları. Bakı, 4 may 2018, səh. 29-31.
SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2000, Bakı - Ali məktəb tələbələrinin respublika elmi konfransı.
- 2000, 22 dekabr, Bakı - ''İnformasiya texnologiyası və tətbiqi proqramlar'' mövzusunda aspirant və tələbələr üçün I respublika elmi konfransı.
- 2001, 26-27 апрель, Москва - Библиотечное дело - 2001: Российские библиотеки в мировом информационном и интеллектуальном пространстве: Шестая международная научная конференция.
- 2006, 29 aprel, Bakı - "Ali məktəb kitabxanalarının kompüterləşdirilməsinin müasir problemləri" mövzusunda elmi praktiki konfrans.
- 2009, Bakı - BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans.
- 2010, 5 may, Bakı - “Müasir informasiya məkanı və kitabxanalar” ümumrespublika elmi-praktiki konfransı.
- 2010, 09 dekabr, Bakı - Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransı.
- 2012, 18 may - “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı.
- 2012, 27 noyabr - BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 50 illik yubileyinə həsr olunmuş “Qloballaşan cəmiyyət və kitabxanaçılıq informasiya fəaliyyəti” mövzusunda respublika elmi konfransı.
- 2012, 20 dekabr - “İnformasiya cəmiyyəti və kitabxana-informasiya fəaliyyəti” adlı respublika elmi konfransı.
- 2013, 23-26 апрель, Харьков - «Современная библиотека: философия, инновация, качество работы» Международная научно-практическая конференция.
- 2013, 02 may, Bakı - Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” mövzusunda Respublika Elmi konfransı.
- 2013, 23 dekabr, Bakı - “Müasir dövrdə kitabxana-informasiya texnologiyaları” mövzusunda respublika elmi konfransı (plenar iclasda məruzə).
- 2015, 7 may, Bakı - Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş “Müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin və kitabşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı.
- 2015, 29 dekabr, Bakı - "Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya" mövzusunda beynəlxalq elmi konfrans.
- 2017, 10 may, Bakı - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda respublika elmi konfransı.
- 2017, 20 dekabr, Bakı - "Kitabxana-informasiya fəaliyyəti və biliklər cəmiyyəti: inteqrasiya meylləri və çağırışlar" mövzusunda respublika elmi konfransı.
- 2018, 4 may, Bakı - "Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda beynəlxalq elmi konfrans.
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
- Universitetdaxili “50+50” qrant proqramı: “Bakı Universitetinin Elmi Əsərlərinin və Elmi Xəbərlərinin elektron versiyasının yaradılması” (2005-2009-cu illər) // BDU rektorunun R-73 nömrəli 23.11.2009-cu il tarixli əmri.
- QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənc kitabxanaçılara yeni kitabxana texnologiyalarının öyrədilməsi" adlı layihədə təlimçi (01.10.2010 - 31.01.2011)
- Universitetdaxili “50+50” qrant proqramı: “Bakı Universitetinin Elmi Əsərlərinin və Elmi Xəbərlərinin elektron versiyasının yaradılması” (2000-2005-ci illər) // BDU rektorunun R-73 nömrəli 11.11.2010-cu il tarixli əmri.
- Universitetdaxili “50+50” qrant proqramı: “Tarix və onun problemləri”, “Folklorşünaslıq məsələləri”, “İlahiyyat fakültəsinin Elmi Məcmuəsi” və “Xəzəryanı ölkələri Universitetləri Assosiasiyasının "Təbii Resurslar" jurnallarının elektron versiyasının yaradılması və BDU-nun saytında yerləşdirilməsi (2009-2010- cu illər)” // BDU rektorunun R-120 nömrəli 14.11.2011-ci il tarixli əmri.
- Universitetdaxili “50+50 qrant proqramı: “Bakı Universitetinin Elmi Əsərlərinin və Elmi Xəbərlərinin elektron versiyasının yaradılması” (2011-2012-ci illər) // BDU rektorunun R-103 nömrəli 27.09.2012-ci il tarixli əmri.
- Universitetdaxili “50+50 qrant proqramı: “Bakı Universitetinin Elmi Əsərlərinin və Elmi Xəbərlərinin elektron versiyasının yaradılması” (2014-2015-ci illər) // BDU rektorunun 2/491 nömrəli 20.10.2014-cü il tarixli əmri.
Universitetdaxili “50+50 qrant proqramı: “Bakı Universitetinin Elmi Əsərlərinin və Elmi Xəbərlərinin elektron versiyasının yaradılması” (2015-2016-cı illər) // BDU rektorunun 2/501 nömrәli 18.10.16-cı il tarixli əmri.
