Home az ru en

ADA Universitetinin professoru BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub

14/12/2015

ADA Universitetinin  professoru BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub. Müasir dövrdə Türkiyə-Rusiya münasibətləri  və Turkiyənin regionda siyasəti mövzusunda çıxış edən professor son vaxtlar baş verən siyasi məsələləri təhlil edib. Mühazirənin sonunda diskussiya təşkil olunub, tələbələrin sualları cavablandırılıb.

Məlumat üçün bildirək ki, BDU və ADA universitetləri arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ADA-nın yerli və xarici müəllimləri tərəfindən BDU-da  açıq dərslərin təşkili və mühazirələrin oxunması nəzərdə tutulub.

Qeyd edək ki, professor Anar Vəliyev ADA Universitetində professoru  və tədris işləri üzrə prorektor  müavini vəzifəsində çalışır. O, 1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, 2001-ci ildə isə həmin universitet və fakültənin magistr pilləsini bitirib. 2003-cü ildə ABŞ-ın İndiana Universitetində ictimai siyasət üzrə ikinci magistr dərəcəsini alıb. Bir sıra elmi məqalələrin və kitab bölmələrinin müəllifidir.

Bookmark and Share