Home az ru en

AMEA-nın Mərkəzi Elmi Kitabxanası BDU-ya 49 adda biblioqrafik göstərici hədiyyə edib

25/10/2023

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına 49 adda biblioqrafik göstərici hədiyyə edib. AMEA Rəyasət Heyətinin qərarı ilə MEK tərəfindən tərtib olunan bu göstəricilər müxtəlif elm sahələri üzrə alimlərin, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti haqqında biblioqrafik informasiya daşıyır. “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında nəşr olunan bu biblioqrafik resurslar BDU-nun professor-müəllim heyəti, elmi-tədqiqat işi aparan alim və mütəxəssisləri, həmçinin tələbələri üçün əvəzsiz qaynaq rolunu oynayacaq.

Bookmark and Share