Home az ru en

Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər mövzusunda beynəlxalq seminar

30/11/2015

30 noyabr -1 dekabr, 2015-ci il tarixdə Bakıda, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycan Respublikası  Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Arxivlər, kitabxanalar və təhsil müəssisələri  üçün istisnalar və məhdudiyyətlər” mövzusuna həsr olunmuş beynəlxalq seminar keçirildi. Seminarda ÜƏMT-nin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə bölməsinin rəhbəri, əqli mülkiyyət üzrə eksperti, Kolumbiya Universitetinin professor, həmçinin Türkiyə, Gürcüstan, Belarus və Qırğızıstan daxil olmaqla, bir sıra ölkələrdən dəvət olunmuş əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər iştirak edirdilər.

Seminarda bir çox universitet kitabxanaların nümayəndələri ilə birlikdə  BDU-dan olan nümayəndələr də  iştirak etmişdilər.

Bookmark and Share