Home az ru en

Azərbaycan dilçiliyinə yeni töhfə

22/04/2016

Prezident İlham Əliyevin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» haqqında imzaladığı sərəncama əsasən Bakı Dövlət Universitetinin Azərbaycan dili kafedrası «Azərbaycan dili və nitq mədəniyyəti» fənninin tədris olunması istiqamətində proqramların və dərs vəsaitlərinin hazırlanmasında bir sıra uğurlara imza atıb. Kafedranın dosentləri Səidə Abbasova, Sultan Seyidova və dosent əvəzi Nailə Məmmədovanın müəllifi olduqları və yaxın vaxtlarda işıq üzü görəcək «Azərbaycan dili və nitq mədəniyyəti» dərsliyini bu istiqamətdə görülən uğurlu işlər sırasına aid etmək olar. Kafedranın geniş tərkibli iclasında müzakirə olunan dərsliklə bağlı çıxış edən dilçi alimlər bu vəsaitin tələbələrin Azərbaycan dilində mükəmməl nitq mədəniyyətinə yiyələnməsində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər. Qeyd edək ki, dərsliyin yeni tədris ilində tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulub.

Bookmark and Share