Home az ru en

Azərbaycanda təhsilin doktorantura pilləsi AB-nin standartlarına uyğunlaşdırılacaq

14/12/2015

Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Azərbaycanda doktoranturanı Avropa standartlarına yaxınlaşdırmaq üçün "Nizami" adlı layihənin ilk təqdimat iclası Avropa Birliyi ölkələrindən Fransanın Monpelye Universitetində olub. Təqdimat mərasimində Fransanın Monpelye, İspaniyanın Barselona, Çexiyanın Masaruk, Türkiyənin Fateh, Almaniyanın Haydelberq, İsveçin Upsala universitetlərinin, Azərbaycan Təhsil Nazirliyinin iştirakı ilə Bakı Dövlət, Qafqaz, Xəzər, Azərbaycan Dillər, Azərbaycan Texniki və Naxçıvan universitetlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov qeyd edib ki, bu layihənin Azərbaycan üçün böyük əhəmiyyəti var.  Azərbaycanda təhsil bakalavriat və magistratura  pillələrində kredit sistemi ilə yerinə yetirilir  və boloniya posesinə uyğundu. Ali təhsilin doktorantura pilləsi isə Sovetlər  birliyində olduğu kimi yerinə yetirilir. AB-nin dəstəyi ilə yerinə yetirilən "Nizami" layihəsi Azərbaycanda təhsilin doktorantura pilləsini Avropa Birliyinin standartlarına uyğunlaşdırmaq məqsədini həyata keçirməyi nəzərdə tutur. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı,  professor Məhəmmədəli Ramazanov isə öz çıxışında Azərbaycanda təhsilin doktorantura pilləsinin 2 mərhələli olduğunu, birinci mərhələnin isə iki yolla həyata keçirildiyini qeyd edib. O bildirib ki, bu modelin bir sıra üstünlüklərinə baxmayaraq, çatışmazlıqları da var. Eyni zamanda o bildirib ki, BDU-nun doktorantura pilləsində 9 İxtisaslaşdırılmış Elmi Şurada 30 ixtisas üzrə  müdafiə işləri həyata keçirilir. Layihənin baş kordinatoru Fransanın Montpelier Universitetinin professoru Veronika Montero layihənin mərhələlər üzrə qarşıya qoyduğu problemlərdən bəhs edib. Layihə üzrə digər ölkə unversitetlərinin nümayəndələri layihənin effektiv idarə yolları barədə müzakirələr aparıblar. Sonra professor Məhəmmədəli Ramazanov Montpelier Universitetinin professoru Frédéric J.G.Cuisinier və professor Veronika Montero yeni "Nanohissəciklərin canlı orqanizmdə yığılmasının, yerdəyişməsinin tədqiqi, və onların ləğvi elmi tədqiqat layihəsinin birgə təqdim edilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Layihənin ümumi dəyəri 994056,0Avrodur.

Bookmark and Share