Home az ru en

Baş Nazirdən təhsillə bağlı yeni qərar

08/08/2020

“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın,

“Rezidenturada həkimmütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın

təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787; 2016, № 3, maddə 620; 2017, № 2, maddə 289, № 3, maddə 492, № 9, maddə 1735; 2018, № 2, maddə 359; 2019, № 3, maddə 537, № 5, maddə 951; 2020, № 1, maddə 82) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “1. Təhsil ixtisasları qrupu” bölməsinin “060119 Pedaqogika” ixtisasına “- Təhsildə qiymətləndirmə və monitorinq” sətrindən sonra “- Təlim və tədrisin təşkili və metodikası” sətri əlavə edilsin.

2. “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060212 Hüquqşünaslıq” ixtisasına “- Turizm hüququ” sətrindən sonra “- Beynəlxalq iqtisadi hüquq” sətri əlavə edilsin.

3. “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060308 Xoreoqrafiya sənəti” ixtisasına “- Rəqs sənəti üzrə müəllimtədqiqatçı” sətrindən sonra “- Xoreoqrafiya sənəti (sahələr üzrə)” sətri əlavə edilsin.

4. “5. Təbiət ixtisasları qrupu” bölməsinin “060509 Kompüter elmləri” ixtisasına “- Rəqəmsal hökumət” sətrindən sonra “- Verilənlərin təhlili (Data analitikası)” və “- Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” sətirləri əlavə edilsin.

5. “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasına “- Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili” sətrindən sonra “- Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” sətri əlavə edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 8 avqust 2020-ci il

https://nk.gov.az/az/document/4674/

Bookmark and Share