Home az ru en

Bakı Dövlət Universitetində “BİR” Tələbə-Könüllü Proqramı çərçivəsində tədbir keçirilib

01/03/2016

Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin  “BİR” Tələbə-Könüllü Proqramı çərçivəsində  növbəti tədbir keçirilib. Tədbirdə “Bakı-2015” Birinci  Avropa Oyunlarında könüllü olmuş BDU tələbələri öz təcrübələrini bölüşüblər.

Daha sonra proqram çərçivəsində könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunacaq tələbələrə “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihəni əks etdirən video-çarx nümayiş etdirilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin təqdim etdiyi layihənin məqsədi ölkə üzrə vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrin bir sıra dövlət əhəmiyyətli tədbirlərdə iştiraklarının təmin olunması və onların ölkəmizin beynəlxalq aləmdə tanıdılması işlərinə cəlb etməkdən ibarətdir. Proqram pilot layihə olaraq, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən 10 ali təhsil müəssisəsini əhatə edir.

Bookmark and Share