Home az ru en

Bakı Dövlət Universitetində Respublika elmi konfransları keçiriləcək

11/12/2015

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən respublika elminin inkişafında önəmli rolunu nəzərə alaraq Fizika Problemləri ETİ-nin  yaradılmasının 10-cu ildönümünə həsr olunmuş respublika səviyyəli konfrans keçiriləcək.

Əsas məqsədi fizika sahəsində prioritet məsələləri üzə çıxarmaq, innovativ araşdırmaları aşkarlamaq, aparılan tədqiqatları əlaqələndirmək, keyfiyyətini daha da yüksəltmək və müasir elmin tələblərinə uyğun yönəltmək olan konfrans dekabrın 25-26-da baş tutacaq və “Opto-nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası”  adı altında keçiriləcək.

Rektorun başqa bir əmrinə əsasən müasir coğrafiya sahəsində prioritet məsələləri üzə çıxarmaq, tətbiq istiqamətlərini araşdırmaq, aparılan elmi-tədqiqat işlərinin keyfiyyətini daha da yüksəltmək və əldə olunan elmi nəticələri  müzakirə etmək məqsədilə “Coğrafiya: nəzəriyyə, praktika və innovasiya” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Bookmark and Share