Home az ru en

"Bakı Universiteti" qəzetinin xüsusi buraxılışı nəşr edilib

09/10/2020

Bu gün Bakı Dövlət Universitetinin (BDU) əsası 1929-cu ildə qoyulan "Bakı Universiteti" qəzetinin xüsusi buraxılışı nəşr edilib.  Mətbuat orqanlarının içində ictimai fikrin formalaşmasında mühüm yer tutan "525-ci qəzet"in “qəzet içində qəzet” formatında çap olunan "Bakı Universiteti" qəzetinin xüsusi sayında BDU-nun professor-müəllim heyəti və tələbələrinin yazıları yer alıb.

Bakı Dövlət Universitetinin və Jurnalistika fakültəsinin tələbələrinin peşəkarlıq laboratoriyası kimi dəyərləndirilən "525-ci qəzet”i BDU-nun müəllim və tələbələrinin yaradıcılıq auditoriyası hesab etmək olar.

Qəzetin kollektivinin əksər hissəsi Bakı Dövlət Universitetinin yetirmələrindən ibarət olan "525-ci qəzet" 1992-ci ildən etibarən nəşr edilir. Qəzet milli-mənəvi dəyərlərin, ədəbi mühitin, ədəbi-bədii fikrin formalaşmasında, gənc tələbə-jurnalistlərin peşəkarlığının artırılmasında müstəsna xidmətlər göstərib.

Əlavə edək ki, tədrisin keyfiyyətini, mühüm elmi problemləri şərh etmək və istiqamətləndirmək, təlim-tərbiyə sahəsindəki uğurları, laboratoriya və kafedralarda aparılan elmi-tədqiqat işlərini, mədəni-kütləvi tədbirləri, tələbə həyatını işıqlandırmaq "Bakı Universiteti" qəzetinin qarşısında duran vəzifələrdir.

 

 

Bookmark and Share