Home az ru en

BDU bir il ərzində Hirş indeksini 5 bal artırıb

07/01/2022

Bakı Dövlət Universitetinin (BDU) əməkdaş, doktorant və tələbələrinin 2021-ci il üzrə elmi fəaliyyəti uğurla nəticələnib. Belə ki, BDU-da elmi fəaliyyət üzrə kompleks tədbirlərin həyata keçirilməsi 2021-ci ildə elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olmuşdur. Clarivate Analytics Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən 2021-ci ildə BDU-nun Hirş indeksi 5 bal (44-dən 49-a qədər) artıb. Hirş indeksi  alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir. Hər bir əsərə istinadların orta sayı isə 5.58-ə qədər yüksəlib. Onu da qeyd edək ki, 2018-ci ilin sonunda BDU-nun Hirşindeksi 35-ə bərabər olmuşdur.

Agentliyin rəsmi məlumatına əsasən BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən Web of Science bazasına daxil olan jurnallarda artıq 3321 elmi əsər nəşr edilib. Bu əsərlərə 18529 dəfə istinad edilib. Təkcə 2021-ci ildə Web of Science bazasına daxil olan jurnallarda BDU tərəfindən 247 əsər (2021-ci il üzrə yekun nəticələr tam deyildir, 2022-ci ilin ilk yarımilliyində tamamlanacaqdır) nəşr edilib və nəşr edilən əsərlərə 4517 dəfə istinad edilib ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2.6 dəfə çoxdur.

Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

Bookmark and Share