Home az ru en

BDU Elmi Kitabxanasından növbəti kitab bağışlama aksiyası

02/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) 690 nüsxə ədəbiyyat hədiyyə edib. Kitabxananın mübadilə-ehtiyat fondundan Nəsimi rayon MKS-in filiallarında daha çox ehtiyac duyulan elmi, bədii, tədris ədəbiyyatı seçilərək təhvil verilib. Hədiyyə olunan ədəbiyyatların içərisində BDU-nun mətbəəsində çap olunan “Bakı Universitetinin xəbərləri” jurnalının son illərdəki buraxılışları, ayrı-ayrı fakültələrin keçirdiyi konfransların materialları, həmçinin Universitetin professor-müəllim heyətinin müəllifi olduğu dərslik və dərs vəsaitləri də yer alıb.

Bookmark and Share