Home az ru en

BDU Elmi Şurasının növbəti iclası keçirilib

23/04/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda BDU-nun 2020-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrinin hesabatı dinlənilib. Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov BDU-da yerinə yetirilmiş elmi-tədqiqat işləri, müxtəlif elmi istiqamətlər üzrə aparılmış fundamental və tətbiqi xarakterli tədqiqatlar haqqında məlumat verib.
Hesabatda Universitet fakültələrinin və elmi-tədqiqat institut, mərkəz və laboratoriyalarının strukturu, kadrların elmi potensialı, əməkdaşların elmi nəşrləri və elmi tədbirlərdə iştirakı, elmi-tədqiqat işlərinin səmərəliliyi, elmi tədqiqatların nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi, qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri və s. barədə ətraflı məlumat verilib.
Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Xəbərlər BDU-da “Hüquq elminin müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib BDU-da “Hüquq elminin müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib 23/04/2021 Ətraflı BDU-da “Narkomaniya - ictimai bəladır” adlı tədbir keçirilib BDU-da “Narkomaniya - ictimai bəladır” adlı tədbir keçirilib 23/04/2021 Ətraflı BDU-da “Oksidləşdirici stress” mövzusunda elmi seminar keçirilib BDU-da “Oksidləşdirici stress” mövzusunda elmi seminar keçirilib 23/04/2021 Ətraflı ARXIV Bookmark and Share