Home az ru en

BDU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

20/01/2020

Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti iclası keçirilib.  Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadənin də iştirak etdiyi iclasda Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Məmmədov  hesabat xarakterli çıxış edib.
HİK İdarə Heyətinin üzvləri və fakültə sədrləri hesabata münasibət bildiriblər.
İclasda Komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Tarix  fakültəsinin dekan müavini Rəşad Cabbarov HİK-in sədri seçilib.

Bookmark and Share