Home az ru en

BDU müəlliminin yeni kitabı işıq üzü görüb

04/08/2021

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Familə Nəcəfovanın “Azərbaycanca-Farsca şəkilli lüğət” (فرهنگ مصور آذربایجانی – فارسی) adlı kitabı işıq üzü görüb.

Müəllifin uzunmüddətli zəhmətinin məhsulu olan şəkilli lüğət ölkə miqyasında bu formatda ilk Azərbaycanca-farsca lüğət olmaqla yanaşı, nəfis tərtibatı, öz həcmi, mövzularının əhatəliliyi baxımından seçilir. Fars dilində söz ehtiyatının zənginləşdirilməsi prosesində sözün mənasının beyində təsəvvürünün yaradılması və nəticə olaraq anlayıb-qavrama vərdişlərinə nail olmaq məqsədi ilə tərtib olunan 240 səhifəlik lüğətə 143 mövzuda olmaqla 4300 söz, 100-ə yaxın söz birləşməsi və cümlə daxildir. Kitabda fars dilində olan sözlərin transkripsiyaları da təqdim edilib, bu yolla əlifbanı bilməyən oxucuların da lüğətdən istifadəsinə zəmin yaradılıb.

Bookmark and Share