Home az ru en

BDU tələbələri ekskursiyada olublar

23/12/2015

Bakı Dövlət Universitetinin Onurğalılar zoologiyası kafedrasının dosenti Əbülfəz Tağıyevin rəhbərliyi ilə Biologiya fakültəsinin II kurs tələbələri Bakı Zooloji Parkında ekskursiyada olublar. Zooloji parkının müdiri Azər Huseynov tələbələri salamlayıb, onlara Azərbaycan və dünya zooparkları haqqında məlumat verib. Dünyanın tanınmış zooparkları, oradakı növ müxtəlifliyi barədə danışan A. Hüseynov zooparkda saxlanılan heyvanların müxtəlif qitələrə mənsub olduğunu bildirib.

Görüşdə tələbələrin zoopark şəraitində elmi-tədqiqat işlərinin aparılması üçün müzakirələr aparılıb.

Bookmark and Share