Home az ru en

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər

19/03/2019

Bakı Dövlət Universitetinin həyətində İlaxır çərşənbə münasibətilə tədbir keçirilib.

Hava şəraitindən asılı olmayaraq, universitetin müəllim və tələbə heyəti bayram tədbirinə böyük coşqu ilə qatılıblar.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev kollektivi təbrik edib, xoşbəxtlik və firavan həyat arzulayıb.

Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Novruzun yenilik, təravət, dost və ülfət bayramı olduğunu qeyd edərək təbriklərini çatdırıb.

Yaşlı, orta və cavan nəslin nümayəndələrinin iştirakı ilə möhtəşəm Novruz tonqalı alovlandırılıb və tədbir tələbələrin tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa etmələri ilə başa çatıb.


Xəbərlər Çexiyanın Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar Bakı Dövlət Universiteti ilə Çexiyanın Karlova Universiteti arasında səmərəli əməkdaşlıq əlaqələri davam edir 21/03/2019 Ətraflı Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki 19/03/2019 Ətraflı 100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu BDU Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına qoşulub 19/03/2019 Ətraflı ARXIV Bookmark and Share