Home az ru en

BDU tələbəsi universiteti beynəlxalq tədbirdə təmsil edib

28/12/2015

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Sevinc Paşayeva Tbilisi şəhərində Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “Nifrət Nitqinə Yox” - “No Hate Speech Movement”  adlı beynəlxalq tədbirdə iştirak edib. Bərabərliyi, ləyaqəti, insan hüquqlarını və müxtəlifliyi müdafiə edən və dəstəkləyən kampaniyanın məqsədi insan haqları pozuntularını üzə çıxarmaq və belə hallara qarşı çıxmaq üçün zəruri bacarıqlarla təmin etməklə irqçilik və ayrı-seçkilik məzmunlu nifrətə qarşı mübarizə aparmaqdır.


Bookmark and Share