Home az ru en

BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17/01/2020

BakıDövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Universitetin 2 saylı tədris binasının qarşısında 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarətindən sonra tədbir böyük akt zalında davam etdirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rektor Elçin Babayev Qanlı Yanvar faciəsinin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edərəkölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib. Faciə zamanıkeçmiş Sovet ordusununxalqımızın silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirdiyini bildirən rektor buhərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunudiqqətə çatdırıb.

E.Babayev Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrəkSSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə pislədiyinixatırladaraq faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ulu Öndər tərəfindən verildiyini vurğulayıb. Prezident İlham Əliyevin20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində verdiyi sərəncam və fərmanlara diqqət çəkərək əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzlərinin inşa olunduğunu bildirib.

Tarix fakültəsinin dosenti Səidə Quliyeva bildirib ki, 20 Yanvar qəhrəmanlıq və milli mübarizə tariximizin növbəti səhifəsidir. Xalq milli birliyini qoruyaraq müstəqil dövlət qurmaq mübarizəsini davam etdirdi. Şəhidlərimizin ruhu, milli şüurumuz, genetikamız bizdən – hər bir azərbaycanlıdan müstəqil dövlətimizi qorumağı və inkişaf etdirməyi tələb edir.

Sonra qanlı hadisədə şəhid olmuş Yanvar Nəsirovun həyat yoldaşı, 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması İctimai Birliyinin sədr müavini, Filologiya fakültəsinin əməkdaşı Almara Nəbiyeva çıxış edib. O,20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu qeyd edib.

Tədbirin sonunda tələbələr Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər poeması”ndan hissələr səsləndirib, Universitetin “Gənc istedadlar” liseyinin şagirdlərinin təqdimatında səhnəciklər göstərilib və “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeiri təqdim edilib.


Bookmark and Share