Home az ru en

BDU-da cari tədris ilində təqaüd alacaq tələbələrə şad xəbər

15/10/2020

Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının nəticələrinə əsasən təqaüd alacaq tələbələrə iyul-avqust aylarının təqaüdü ödənilib. Cari tədris ilində ümumilkdə 8587 BDU tələbəsi təqaüd alıb. Onlardan 3346 nəfəri əlaçı, 4181 nəfəri zərbəçi və 1060 nəfəri isə adi təqaüd almaq şansı əldə edib.

Xatırladaq ki, hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə müəyyənləşdirilir. Dövlət sifarişi ilə Universitetə daxil olan I kurs tələbələri birinci tədris ilinin təqaüdünü payız semestri ərzində alacaq.

 

Bookmark and Share