Home az ru en

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

28/12/2017

Bu gün Bakı Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi hadisə olduğunu,  ayrı-ayrı ölkələrdə yaşayan yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli olduğunu vurğulayıb. Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən rektor ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini xatırladaraq əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.

Sonra  Tarix fakültəsinin dosenti Nuru Məmmədov “Həmrəyliyə gedən yollar” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir konsert proqramı ilə başa çatıb.

c Bookmark and Share