Home az ru en

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

30/12/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev milli birlik, azərbaycançılıq ideyasını özündə əks etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən bəhs edərək, bu əlamətdar günün tarixə düşməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və Azərbaycan xalqı tərəfindən böyük qürur hissi ilə qeyd edildiyini vurğulayıb. Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən rektor ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini xatırladaraq əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.

Rektor onu da qeyd edib ki, vidalaşacağımız 2021-ci ilin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin bir illiyinin qeyd olunması, işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri ilə yaddaşlara həkk olunub. Ölkəmiz həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atıb, elm və təhsilin inkişafı istiqamətində önəmli nailiyyətlər əldə edilib.

Tarix fakültəsinin dosenti Ülviyyə İbrahimova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılığından söhbət açıb.

Tədbir BDU-nun Yaradıcılıq-yaradıcılıq mərkəzinin təqdimatında rəngarəng musiqi nömrələri və rəqslərlə davam davam edib.

Bookmark and Share