Home az ru en

BDU-da Elm Gününə həsr olunmuş növbəti mühazirə oxunub

30/03/2021

Bu gün Bakı Dövlət Universitetində 27 mart - Elm Gününə həsr olunmuş növbəti mühazirə keçirilib. BDU-nun Elmi-təşkilati şöbəsinin müdiri Mahir Pirquliyev  BDU-nun, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinə "Kosmologiya: Kainatın başlanğıcı və sonu" mövzusunda onlayn mühazirə oxuyub.

M.Pirquliyev kosmologiya elmi, kainatın quruluşu, keçmişi bu günü və gələcəyi, kainatın yaranması haqqında müasir nəzəriyyələr haqqında mülahizələr barədə ətraflı məlumat verib. Kosmologiyanın və bütövlükdə elmin inkişafı üçün Kainatı bir bütün olaraq başa düşmək son dərəcə vacib olduğunu qeyd edib. Mühazirədə bununla bağlı müxtəlif nəzəriyyə və ideyaların eksperimental yoxlanılması, müşahidə məlumatları ilə təsdiqlənməsi, tədqiqat nəticələrinin başa düşülməsi və müqayisəsi, həmin nəzəriyyələrin adekvat qiymətləndirilməsində xüsusi rol oynadığı da diqqətə çatdırılıb.

Mühazirə çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

Bookmark and Share