Home az ru en

BDU-da "Molla Nəsrəddin-110" mövzusunda elmi konfrans

05/04/2016

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azerbaycan Milli QHT Forumunun Elm Mərkəzi, Jurnalistika fakültəsi və Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə "Molla Nəsrəddin - 110" mövzusunda elmi konfrans keçirilib. Tədbir şəhid əsgərlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransı açan Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva onun əhəmiyyətindən, “Molla Nəsrəddin” jurnalının fəaliyyəti və şərəfli tarixindən danışıb. S.Əliyevanın moderatorluğu ilə davam edən tədbirdə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, professorlar - Alxan Bayramoğlu, Allahverdi Məmmədli məruzəçi qismində çıxış ediblər.
Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Azərbaycan Milli QHT Forumunun Elm Mərkəzinin rəhbəri Nüşabə Məmmədova, BDU-nun dosenti Vüqar Əliyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Elmira Qasımova vı Rauf Sadıqov tədbirin əhəmiyyətindən danışıblar.

Bookmark and Share