Home az ru en

BDU-da “Necə nəşr etməli?” vebinarının sonuncu buraxılışı

18/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana Informasiva Konsorsiumu çərçivəsində "Necə nəşr etməli?" adlı silsilə vebinarın “Məqalənin təbliğ edilməsi və istinadların artırılması” (“How to promote your article and increase citations”) mövzusunda sonuncu buraxılışı keçirilib.

Vebinar "Sage" nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski, Kristian Vakkari və Sin Skarişbrikin iştirakı ilə baş tutub.

Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların noyabr ayı buraxılışında araşdırmanın hədəf (düzgün) auditoriyaya çatmasını təmin etmək, məqaləni yaymaq, ona edilən istinadların sayını artırmaq və akademik məqalənin təbliği ilə bağlı praktik məsləhətlər verilib.

Təqdimat xarakterli təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Bu ilin iyun ayından başlayaraq "Necə nəşr etməli?" adlı silsilə vebinarın əvvəlki buraxılışları da tədqiqatçılar tərəfindən maraqla qarşılanıb. “Jurnalı necə seçməli?” (“How to select a Journal?”), “Məqaləni necə yazmalı və düzəlişlərə dair məsləhətlər” (“How to write a journal article and advice on revisions”), "Ekspert rəyi" ("Peer Review"), “Açıq giriş və müəllif hüquqları” (“Open Access and autor rights”) və s. kimi mövzular tədqiqatçılara məqalə yazılışı və nəşri istiqamətində yardımçı olub.

 

Bookmark and Share