Home az ru en

BDU-da Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgiyə hədiyyə

21/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında ölkə başçısı tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar “Nizami Gəncəvi-880” adlı kitab sərgisi təşkil edilib. Sərgidə Nizami Gəncəvinin Şərq miniatür sənətinin inkişafına təkan verən, dünyanın bir çox kitabxana və muzeylərini bəzəyən əsərləri nümayiş olunur.

Görkəmli mütəfəkkirin ildönümünə həsr edilmiş sərgiyə Əsgər Sərkaroğlunun qızı Fəzilə Əsgərova tərəfindən “Azərbaycanın peyğəmbərləşən mütəfəkkir şairi” adlı kitabı hədiyyə olunub. Əsgər Sərkaroğlu (1937-2016) hələ tələbə illərindən başlayaraq Nizami Gəncəvinin əsərlərini dünya kitabxanalarında və xarici mənbələrdə tədqiq edərək öyrənmiş və tədqidatın nəticələrini kitabında əks etdirmişdir.

Bookmark and Share