Home az ru en

BDU-da onlayn imtahan sessiyası öz işinə başlayıb - Video

08/06/2020

İyunun 8-də Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formada öz işinə başlayıb.

BDU-da bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar yaz imtahan sessiyasının ilk günündə onlayn qaydada şifahi formada imtahan veriblər.

Universitetin rektoru Elçin Babayev onlayn imtahan prosesini izləyərək tələbələrə uğurlar arzulayıb, müəllimlərin obyektiv, şəffaf və ədalətli qiymətləndirmə aparacağına əminliyini ifadə edib. Rektor onlayn imtahanların Azərbaycan təhsili tarixində ilk dəfə keçirildiyini deyib. O, həmçinin imtahanların mövcud qaydalara uyğun həyata keçirilməsi və hər bir fənn üzrə tərtib olunmuş imtahan suallarının məzmun və əhatəlilik meyarı əsas götürülərək müvafiq qaydada azaldıldığını və sadələşdirildiyini vurğulayıb. Onlayn imtahanlarda tələbələrə və professor-müəllim heyətinə müvəffəqiyyət arzulayan rektor mütəmadi olaraq imtahan prosesinə qatılacağını bildirib.

Bu gün bakalavriat pilləsində təhsil alan 216 qrup üzrə 5072 (259 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 67 ixtisalaşmada 44 fənn üzrə 269 magistrant imtahan verib.

İmtahanların gedişi dekanlar, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib.

İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

Video

Bookmark and Share