BDU-da Respublika gününə həsr olunmuş vebinar keçirilib
27/05/2021Bakı Dövlət Universitetinin (BDU) Xarici tələbələrlə iş şöbəsi 28 may - Respublika Gününə həsr olunmuş vebinar keçirib. Vebinarda BDU-da təhsil alan əcnəbi tələbələrə Azərbaycanın müstəqillik tarixini özündə əks etdirən təqdimat nümayiş etdirilib və tələbələrin sualları cavablandırılıb. Eyni zamanda vebinarda iştirak edən əcnəbi tələbələr öz ölkələrinin müstəqillik günü haqqında məlumatları veriblər.
