Home az ru en

BDU-da yazıçı Anarın yubileyi qeyd olunub

20/12/2018
AddThis Sharing Buttons Share to FacebookShare to TwitterShare to Google+Share to LinkedInShare to VkontakteShare to Odnoklassniki 20/12/2018

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş “İnformasiya cəmiyyətində kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq elminin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq xalq yazıçısını universitetdə görməkdən məmnunluğunu ifadə edib, onu yubileyi münasibətilə təbrik edib. Prorektor BDU-da mütəmadi olaraq Azərbaycanın görkəmli şəxsiyyətləri ilə tələbələrin görüşlərinin təşkil edildiyini vurğulayıb.

Daha sonra Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi, AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi “Anarın yaradıcılıq yolu” adlı məruzə ilə çıxış edib.

Sonda yazıçı Anar tədbirin təşkilinə görə universitet və Kitabxanaçılıq-informasiya fakültəsinin rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, konfrans işini beş bölmə iclasları üzrə davam etdirib. Respublikanın müxtəlif elm müəssisələrinin tədqiqatçıları tərəfindən təqdim edilən 60-dan çox elmi məqalə isə konfrans materiallarında çap olunub.

 

Bookmark and Share