Home az ru en

BDU-da yeni ixtisaslaşmalar

05/04/2016

Bakı Dövlət Universitetində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi və kadr hazırlığının cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılması məqsədi ilə bir sıra islahatlar aparılır. İslahatlar baxımından ali təhsilin bakalavriat və xüsusilə magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar üzrə kadr hazırlığına xüsusi diqqət verilir. Artıq bir neçə ildir ki, universitetdə Dəniz və enerji hüququ, Transmilli cinayət hüququ, Avropa hüququ, Turizmin iqtisadiyyatı, Təhsildə qiymətləndirmə və monitorinq, Bioinformatika və s. kimi yeni ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslaşmalar üzrə kadr potensialının hazırlanması məqsədi ilə əvvəlcədən bir neçə nəfər, xüsusilə perspektivli gənclər təhsil almaq və elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək üçün Almaniya, Amerika, İspaniya, Fransa və digər inkişaf etmiş ölkələrin qabaqcıl universitetlərinə  göndərilib. Artıq onlar müvafiq ixtisaslaşmalar üzrə magistraturanı bitirərək hazırda BDU-da yüksək ixtisaslaı kadr kimi fəaliyyətlərini davam etdirir və bu sahədə yeni kadrların hazırlanmasına öz töhfələrini verirlər. İslahatların davam etdirilməsi məqsədi ilə növbəti tədris ilində də magistratura səviyyəsində İnformasiya hüququ, Qafqaz xalqlarının tarixi, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, Biomüxtəliflik və təbiətin mühafizəsi, Bioekologiya, Radiasiya materialşünaslığı və Atom və nüvə fizikası aşağıdakı yeni ixtisaslaşmalara qəbul üçün sifariş verilib. Bu ixtisaslaşmalar BDU-nun təşəbbüsü ilə ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatına daxil edilib.

Bookmark and Share