Home az ru en

BDU-da “Zəfər tarixli doğum günü” adlı tədbir keçirilib

10/05/2021

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Zəfər tarixli doğum günü” adlı onlayn tədbir keçirilib. Tədbiri fakültənin dekanı Hikmət Əlizadə açaraq Heydər Əliyev fenomeni haqqında geniş nitq söyləyib. O, Heydər Əliyevin hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biri olduğunu qeyd edib. Azərbaycan xalqının onun taleyinə və tarixinə silinməz iz qoymuş Heydər Əliyevi hər zaman ehtiramla xatırladığını vurğulayıb.

Sonra dekan müavini İranə Məmmədli cıxış edərək qeyd edib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, memarı və qurucusu kimi, xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını - müstəqilliyini xilas edib, ölkəni parçalanmaq təhlükəsindən qoruyub. Dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş etdirib. Ümummilli Lider bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, konkret strateji inkişaf istiqamətlərini müəyyənləşdirib.

Tədris işləri üzrə dekan müavini Daxil Vəliyev cıxış edərək xalqımızın bundan sonra da Dahi Şəxsiyyəti daim minnətdarlıq hissi ilə xatırlayacağını, onun əziz xatirəsini qəlblərimizdə yaşadacağını vurğulayıb.

Bookmark and Share