Home az ru en

BDU-nun 3 minədək əməkdaşına birdəfəlik pul mükafatı verildi

20/12/2018

Bakı Dövlət Universiteti Elmi Şurasının bu gün keçirilən iclasında rektor vəzifəsini icra edən, professor İradə Əliyevanın təklifi əsasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin bütün əməkdaşlarına birdəfəlik pul mükafatının verilməsi barədə qərar qəbul edilib. Pul mükafatı ümumilikdə 3 minədək əməkdaşa şamil edilib. Eyni zamanda, əvvəlki illərdə olduğu kimi, gələn ildə də differensasiya yolu ilə elm, tədris və ictimai fəaliyyət sahəsində fərqlənən və xüsusi nailiyyətləri olan 300-dək professor-müəllim heyətinin əmək haqqının artırılması məsələsi də müzakirə edilib.

 

Bookmark and Share