Home az ru en

BDU-nun dosenti ADA Universitetində mühazirə oxuyub

06/04/2016

Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Rakib Əfəndiyev ADA Universitetinin tələbələrinə mühazirə oxuyub. Dosent R.Əfəndiyev dəqiq elmlər sahəsində aparılan elmi araşdırmalar barədə də ətraflı məlumat verib. Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, BDU və ADA Universitetiləri arasında imzalanmış Anlaşma Memorandumunun birinci mərhələsində (4 noyabr 2015-ci il) ADA-nın yerli və xarici müəllimləri BDU tələbələrinə mühazirələr oxuyublar. İkinci mərhələdə (1 aprel 2016-ci il) isə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən ADA Universitetinin tələbələrinə mühazirələrin oxunması nəzərdə tutulub.

Bookmark and Share