Home az ru en

BDU-nun Həmkarlar İttifaqı Komitəsi növbəti yardım aksiyası keçirib

27/07/2020

Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi (BDU HİK) xüsusi karantin rejimi dövründə növbəti yardım aksiyası keçirib. Yasamal rayonu ərazisində yaşayan tənha və aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.
BDU HİK xüsusi karantin rejimini tətbiq olunduğu ilk günlərdən həm BDU əməkdaşları, həm də Yasamal rayonunun sosial cəhətdən xüsusi həssas qrupa aid olan ailələrinə mütəmadi yardım aksiyaları həyata keçirir. Aksiyanın keçirilməsində məqsəd ehtiyacı olan insanlara maddi və mənəvi dəstək göstərməkdir. Universitetin Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri ərzaq sovqatı paylamaqla yanaşı, maarifləndirici söhbətlər apararır, onları vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırlar.
Yardım göstərilən ailələr diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 

Bookmark and Share