BDU-nun kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12/12/201912 dekabr tarixi ölkəmizdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü kimi qeyd olunur.
Bu münasibətlə Bakı Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr Fəxri Xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
