BDU-nun professoru vəfat edib
01/01/2021Bakı Dövlət Universitetinin (BDU) Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Fətəliyev Məmməd Böyükxan oğlu vəfat edib. 82 yaşında dünyasını dəyişən Məmməd Fətəliyev 1961-1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini təhsil alıb. 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.
Yerli elmi nəşrlərdə dərc edilmiş 120 elmi məqalənin, 6 monoqrafiyanın, "Türkiyə,Yunanıstan və böyük dövlətlər I Dünya müharibəsi ərəfəsində və illərində", "Yunanıstan, Türkiyə və böyük dövlətlər 1919-1922-ci illərdə", "Türkiyə məsələsi və böyük dövlətləri beynəlxalq konfranslarda; Sevr Müqaviləsi" dərs vəsaitlərinin müəllifidir. Onun rəhbərliyi ilə 30-dan çox magistr dissertasiyası yerinə yetirilib, 4 elmlər namizədi hazırlanıb.
1971-ci ildə "Rəşadətli Əməyə görə" medalı ilə, 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
