Home az ru en

BDU-nun Qazax filialı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb

09/10/2020

Sentyabrın 27-dən başlanan erməni təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücumlar xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Ordumuza dəstək vermək, əsgər və zabitlərimizə kömək olmaq üçün hər bir Azərbaycan vətəndaşı öz köməyini əsirgəmir. Bu məqsədlə xalqımız döyüşən Azərbaycan Ordusuna maddi və mənəvi cəhətdən dəstək göstərir, böyük qələbənin qazanılacağı günün daha da yaxınlaşmasına dayaq olurlar. Bu məqsədlə Azərbaycan Respublikasının Silahlı Qüvələrə Yardım Fonduna inanələr köçürülür.

Bakı Dövlət Universitetinin Qazax filialı da ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb. Filialdan bildiriblər ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün Vətən savaşına qalxan Azərbaycan Ordusunun qısa müddət ərzində qazandığı uğurlar xalqımızda böyük ruh yuksəkliyi yaradıb. Cəbhə bölgəsində bir-birinin ardınca qazanılan tarixi uğurlar, uzun müddətdən sonra işğaldan azad edilən rayon və kəndlərimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoyulacağına inamı daha da möhkəmləndirib.

BDU-nun Qazax filialının rəhbərliyi və əməkdaşları da bu vacib günlərdə ölkəmizin müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyi naminə mübarizədə Azərbaycan Respublikası Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyevin, xilaskarlıq missiyasını həyata keçirən Azərbaycan Ordusunun yanında olduğunu vurğulayır və müqəddəs məqsəd üçün bütün imkanları səfərbər etməyi vacib hesab edirlər.

Bookmark and Share