Home az ru en

BDU-nun rektoru Elçin Babayev bp şirkətinin kitab təqdimatında çıxış edib

24/05/2021

bp şirkəti ölkəmizdə yalnız iqtiadi sferada deyil, həm də sosial sərmayələr sahəsində uğurlu layihə­lər həyata keçirir. Sosial mühitin, mədəniyyətin, ədəbiyyatın, xüsusilə də elm və təhsilin inkişafına dəstək göstərir. Təhsilin inkişafına yönəlmiş layihələri dəstəkləmək şirkətin sosial fəaliyyətində prioritet istiqamətlərdəndir. 2019-cu ildən etibarən şirkət dünyanın nüfuzlu universitetlərində istifadə olunan, məşhur alim və mütəxəssislərin hazırladığı dərslikləri Azərbaycan dilinə tərcümə və çap edərək ali məktəb kitabxanalarına hədiyyə etməklə universitetlərin dərsliklərlə təchizatına, tələbələrin ədəbiyyatla təmin olunmasına əvəzsiz töhfələr verir.

Bu gün bp şirkətinin yeni çap etdiyi dərsliklərin – H.Lyun, B.L.Berq “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları”, K.Armstrong “Marketinqin əsasları”, F.S.Mişkin “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı”, C.Vivian “Kütləvi kommunikasiya mediası” kitablarının onlayn təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində bp şirkətinin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidentiBəxtiyar Aslanbəyli, təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Dövlət Universiteitnin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, bp-nin Türkiyə regionunda xarici kommunikasiya və kampaniyalar üzrə meneceri Tamam Bayatlı, TEAS Press Nəşriyyat Evi MMC-nin təhsil layihələrii meneceri Elmina Kazımzadə, Xəzər Universitetinin müəllimi-tərcüməçisi  Humar Hüseynova və Xəzər Universitetinin tələbəsi, kitabların oxucusu Elturan Ahlimanlı çıxış ediblər.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında dünya iqtisadiyyatının nəhənglərindən olan nüfuzlu bp şirkətinin ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini deyib. Rektor Elçin Babayev bildirib ki, bp şirkəti ardıcıl olaraq Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizin misilsiz inkişafına gətirib çıxaran iqtisadi siyasətinə, Azərbaycanın iqtisadiyyatının güclənməsinə və böyüməsinə öz töhfələrini verir. Şirkət Azərbaycanda təhsilin inkişafına, o cümlədən bir sıra akademik və elmi proqram və təşəbbüslərin həyata keçirilməsinə maddi dəstək göstərir. Eyni zamanda, ölkədə idmanın inkişafı və mədəni irsin təbliğinə dəstək, universitet tələbələri və məzunların karyera inkişafına dəstək vermək üçün ciddi səylər göstərib, “Education Azerbaijan” kimi beynəlxalq təhsil sərgilərinin sponsorlarından da olub. Şirkətin nəşr etdirdiyi kitabları universitetlərin kitabxanalarına hədiyyə etməsini təqdirəlayiq hal kimi qiymətləndirən Elçin Babayev bununla azərbaycanlı tələbələrin dünyanın bilik və təcrübə xəzinəsindən yararlandığına diqqət çəkib. Rektor Elçin Babayev şirkətin Bakı Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, elmin və təhsilin inkişafına dəstək məqsədilə əməli addımlar atdığını qeyd edib.

Bookmark and Share