Home az ru en

BDU-nun SABAH qruplarında təhsil alan tələbələr Paris-Sorbon Əbu Dabi Universitetindən qayıdıblar

06/04/2016

SABAH layihəsinin Paris-Sorbon Abu Dabi Universiteti ilə əməkdaşlığı çərçivəsində BDU SABAH qruplar nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinin  Paris Sorbon Əbu-Dabi Universitetinə səfəri sona çatıb.
Tələbələr  Paris-Sorbon Əbu Dabi Universiteti tərəfindən təşkil olunan “Tənqidi düşüncə texnikası” adlı 5 günlük təlimdə iştirak ediblər. Səfər müddətində SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin Paris-Sorbon Universitetinin rektoru professor Erik Fuaşe, Qlobal əməkdaşlıq üzrə Əbu-Dabi Təhsil Şurasının sektor müdiri professor Cihad Mohaidat və Yüksək Təhsil üzrə Əmirliklər Kollecinin rektoru Dr. Robert Miln ilə görüşlər keçirilib.  
6 nəfərlik qrupa SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova rəhbərlik edib.  Təlimin məqsədi mühazirə, diskussiya və qrup işi kimi təşkil edilən dərslərdə tələbələrin savadlı, bacarıqlı və hazırlıqlı yetişməsinə dəstək olmaq, müasir dövrdə tənqidi-analitik düşüncə qabiliyyətlərinin əhəmiyyətini çatdırmaq və tələbələrə tənqidi düşünmənin texnika və yollarını aşılamaqdan ibarətdir. Sonda tələbələrə sertifikatlar təqdim  edilib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov, SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə də iştirak edib.

Bookmark and Share