Home az ru en

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Konstitusiyasının 25 illiyi münasibətilə xalqımızı təbrik edib

12/11/2020

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə paylaşım edib. Paylaşımı təqdim edirik:
“Əziz həmvətənlər!
Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi! Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!”.

https://azertag.az/xeber/Birinci_vitse_prezident_Mehriban_Aliyeva

Bookmark and Share