Home az ru en

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı BDU-ya kitablar hədiyyə edib

06/12/2021

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına 9 adda 1095 nüsxə kitab hədiyyə edib.

Kitablarda qaçqın statusunun müəyyənləşdirilməsi üçün prosedurlara və meyarlara dair təlimat və rəhbər prinsiplər, vətəndaşsızlıq hallarının azaldılması haqqında konvensiyalar, məcburi köçkünlərin himayəsi üzrə təlimatlar, qaçqınların statusuna dair konvensiya və protokollar, BMT-nin uşaq hüquqları üzrə konvensiyaları və digər beynəlxalq sənədlər haqqında geniş məlumat verilir.

Kitablarlar Universitetin Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Sosial elmlər və psixologiya, Tarix fakültələrinin professor-müəllim heyəti və tələbələri üçün qiymətli mənbədir.

Bookmark and Share