EIFL .net –in Moldaviyanın Kişinyov şəhərində konfransı
19/12/2016BDU-nun Elmi kitabxanasında Beynəlxalq İnformasiya Mübadiləsi Bölməsinin bölmə müdiri , EİFL.net-in Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi Yusifova Cəmilə Nurullah qızı 2016-ci ilin noyabr ayının 19-21-də Moldaviyanın Kişinyov şəhərində keçirilən eifl.net beynəlxalq konsorsiumun Baş Məclisində iştirak etmişdir.
Baş məclisin seminarı hər il kecirilir. Seminarın əsas məqsədi üzv olan ölkələrin aparıcı nəşriyyatların yüksək keyfiyyətli mütəxəssisləri ilə bir araya gələrək öz bilik və bacarıqlarını paylaşmaq, informasiya çeşidini artırmaq, genişləndirmək, cəmiyyət üzvlərinin inkişaf etməkdə və keçid dövrü yaşayan ölkələrdə, elektron informasiyanın istifadəsini təmin etməkdir
