Elan
24/06/2019Bakı Dövlət Universitetinin bir əsrlik tarixində filologiya fakültəsinin özünəməxsus yeri var. 100 yaşlı fakültə Azərbaycan Respublikasının mənəvi həyatının bir parçasıdır. Onun həyata pərvazlandırdığı məzunlar Azərbaycan dili və ədəbiyyatını, həmçinin dünya xalqları ədəbiyyatını, bütövlükdə dilçiliyi və ədəbiyyatı yaşadan, təbliğ edən, vətənpərvər vətəndaşlar yetişdirən ziyalılardır.
Dosent Sultan Seyidovanın “Azərbaycan dili və nitq mədəniyyəti” adlı dərsliyi universitetin 100 illik yubileyinə dəyərli hədiyyədir. Dərslikdə Ulu öndərimiz H.Ə.Əliyevin və onun layiqli davamçısı, maarifpərvər İ.H.Əliyevin Azərbaycan dili və ədəbiyyatı haqqında fərman və sərəncamları verilmiş, Azərbaycan dili və nitq mədəniyyəti incəliklə vəhdətdə açıqlanmışdır.
Dosent S.Seyidova yeni dərslikdən Elmi kitabxanaya 60 nüsxə hədiyyə vermişdir.
